18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Naxçıvan Muxtar Respublikasının Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti və müəssisə rəhbərliyi ilə bağlı redaksiyamıza ciddi narazılıqları əks etdirən məlumat daxil olub.
Müraciətdə muzey direktorunun fəaliyyəti, işə münasibəti, eləcə də tarixi eksponatların qorunması və qeydiyyatı ilə bağlı bir sıra iddialar səsləndirilir.
Qeyd edək ki, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci il dekabrın 18-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Rəsmi məlumatlara görə, muzeyin fondunda rayonun tarixini əks etdirən 3500-dən çox eksponat qorunur.
Direktorun fəaliyyəti ilə bağlı iddialar
Redaksiyamıza daxil olan müraciətdə muzey direktoru Sərxan Abdullayevin iş vaxtının müəyyən hissəsini muzeydən kənarda keçirdiyi və rəhbər kimi üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyi iddia olunur.
Müraciətdə, həmçinin direktorun Naxçıvan Respublika Xəstəxanasında bufet fəaliyyəti ilə məşğul olduğu və bunun onun muzeydəki fəaliyyətinə təsir etdiyi bildirilir.
Bundan başqa, bəzi əməkdaşların direktorun muzeydə əsasən rəsmi tədbirlər zamanı göründüyü ilə bağlı narazılıq ifadə etdiyi qeyd olunur.
300 illik olduğu iddia edilən eksponatla bağlı suallar
Müraciətdə daha ciddi iddia isə muzeydə olduğu bildirilən tarixi eksponatlardan birinin taleyi ilə bağlıdır.
Redaksiyamıza verilən məlumata görə, muzeyin keçmiş əməkdaşı Leyla xanımın sözlərinə əsasən, təxminən 300 illik tarixi olduğu iddia edilən eksponat vaxtında muzey fonduna lazımi qaydada qeydiyyata alınmayıb və sonradan başqa bir əməkdaş tərəfindən götürülüb.
İddialara görə, məsələ ilə bağlı muzey rəhbərliyinə və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verilsə də, hadisəyə lazımi münasibət göstərilməyib.
Əgər bu məlumat təsdiqini taparsa, söhbət tarixi və mədəni əhəmiyyət daşıya biləcək eksponatın uçotu və mühafizəsindən gedir. Bu səbəbdən məsələnin aidiyyəti qurum tərəfindən araşdırılması vacibdir.
Nazirlikdən araşdırma gözləntisi
Hazırda səsləndirilən iddiaların heç biri rəsmi araşdırma və ya məhkəmə qərarı ilə təsdiqlənməyib. Buna görə də məlumatların həqiqətə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün xidməti araşdırmanın aparılması zəruridir.
Xüsusilə fondunda minlərlə tarixi eksponatın qorunduğu dövlət muzeyində hər hansı eksponatın qeydiyyatsız qalması, itməsi və ya götürülməsi ilə bağlı məlumatlar ciddi şəkildə yoxlanılmalıdır.
Müraciətdə direktor tərəfindən bəzi şəxslərə qarşı təzyiq və hədələyici ifadələrin səsləndirildiyi də iddia olunur. Bu məlumatlar da hazırda yalnız müraciət edən şəxslərin bildirdiyi məlumatlara əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.
Məsələyə aydınlıq gətirilməlidir
Burada əsas sual ondan ibarətdir: Babək rayonunun tarixini və mədəni irsini qoruyan dövlət muzeyində eksponatların uçotuna və mühafizəsinə, eləcə də müəssisə rəhbərinin fəaliyyətinə nəzarət necə həyata keçirilir?
Əgər səsləndirilən iddialar əsassızdırsa, aidiyyəti qurumların və muzey rəhbərliyinin məsələyə rəsmi aydınlıq gətirməsi vacibdir.
Əks halda, iddiaların araşdırılması və təsdiqini tapdığı təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi zəruridir.
Redaksiyamıza bu barədə mənbə məlumat verib. Biz məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və ictimaiyyətə açıqlama verməsini gözləyirik.
Eyni zamanda, Sərxan Abdullayevin və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin məsələyə münasibətini dərc etməyə hazırıq. Qarşı tərəfin mövqeyi daxil olduğu təqdirdə, həmin mövqeyə də xəbərimizdə yer veriləcək.
Çünki burada söhbət yalnız bir müəssisənin fəaliyyətindən deyil, xalqın tarixi-mədəni irsinin qorunmasına cavabdeh olan dövlət muzeyindən gedir.

Ulusestv.az






















































