Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

05 Sentyabr 2026 13:23Manşet / Kriminal

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi

 

Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.

Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır. 

Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.

Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.

Sail Ağasəlim