Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
İrandan ABŞ-nin “mülki şəxsləri hədəf almırıq” açıqlamasına - Reaksiya
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəf almır” açıqlamasına reaksiya verib.
“Qafqazinfo” xəbər verir ki, o, sosial media paylaşımında CENTCOM sözçüsü Tim Hokinsin ABŞ ordusunun mülki şəxsləri hədəf almadığı barədə bəyanatını tənqid edib.
İran rəsmisi ABŞ ordusunun Əfqanıstan və İraqda toy mərasimlərinə endirdiyi zərbələri xatırladıb. O, 2002-ci ildə Əfqanıstanın Kakarak, 2004-cü ildə İraqın Mukaradeeb, 2008-ci ildə isə Əfqanıstanın Deh Bala və Veç Baqtu şəhərlərində toy mərasimlərinə hücum edildiyini bildirib.
Bəqayi mükafat qazanan ABŞ istehsalı “Vətən” serialında Pakistanda toy mərasiminə ABŞ ordusunun hücumunun təsvir edildiyini diqqətə çatdırıb: “Həqiqət o qədər dəhşətlidir ki, hətta Amerika təbliğatı belə Hokinsin bu gün irəli sürdüyü iddianı irəli sürməyə cəsarət etməyib. Sirik hekayə deyil. Mülki şəxslər realdır. Qurbanlar realdır”.























































