Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 10:33

Ulduz yox, meteor yağacaq

ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

31 Avqust 2026 09:49Manşet / Dünya

Şimali Kiprdə 3 günlük matəm elan edildi

 

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində baş verən dəhşətli dəniz faciəsi ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ŞKTR Nazirlər Kabineti qərar qəbul edib.

ŞKTR Prezidenti Tufan Erhürman jurnalistlərə açıqlamasında sərnişin gəmisinin Girnə sahillərindən açıqda, 514 metr dərinlikdə batdığını bildirib.

Dövlət başçısı faciə zamanı 241 nəfərin xilas edildiyini, 8 nəfərin həyatını itirdiyini və 18 itkin düşən şəxsin axtarışlarının davam etdiyini diqqətə çatdırıb:

“Meyiti tapılan 8 nəfərdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib, digər 4 nəfərin isə kimliyinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir. Axtarış-xilasetmə tədbirləri Türkiyədən cəlb olunan əlavə qüvvələrin dəstəyi ilə fasiləsiz davam edir. Ərazidə Türkiyə və ŞKTR-yə aid çoxsaylı gəmi, təyyarə, helikopter və PUA-lar, həmçinin mülki müdafiə və polis əməkdaşları fəal axtarış aparır”.

Qeyd edək ki, baş verən faciə səbəbindən Türkiyənin Lefkoşadakı Səfirliyi də 30 Avqust Zəfər Bayramı münasibətilə planlaşdırılan rəsmi qəbulu ləğv edib.