MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
O, həm də Qafqazın Mehriban simasıdır
Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında statusuna görə, nüfuzlu sima, görkəmli dövlət xadimidir. O, peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi ilə Azərbaycan tarixində ictimai-humanitar intibah hərəkatının yeni bir səhifəsini açıb.
Heydər Əliyev Fondunun rəhbəri, Birinci Vitse-prezident kimi ölkəmizin tərəqqisi, əhalinin sosial rifahı naminə yorulmaz əməyi ilə nümunəvi ictimai xadim obrazını yaradıb.
Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin Birinci müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakterizə edilə bilər.
Birinci vitse-prezident cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib.
Beynəlxalq ictimaiyyət Onu sülh çarçısı, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
Bu, sülhsevər təşəbbüslərinə görə, Gürcüstanın və regionun digər dövlətlərinin tanınmış alimləri, akademikləri Mehriban Əliyevanı həm də Qafqazın Mehriban Siması adlandırırlar.
Mehriban xanım Cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə yorulmadan işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın öz zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir.
Bu günlərdə qeyd edilən əlamətdar hadisə - doğum günü münasibətilə Mehriban xanımı səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətimizin və xalqımızın rifah və tərəqqisi yolunda yorulmaz fədakar fəaliyyətində uğurlar arzulayıram.






















































