MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff çərşənbə axşamı Rusiyaya səfər edib. Rəsmi Moskva bəyan edib ki, səfər iki ölkənin xüsusi xidmət orqanları arasındakı əlaqələrlə bağlı olub. Retkliffin səfəri ilə bağlı başqa heç bir əlavə təfərrüat təqdim edilməyib. Vurğulanıb ki, MKİ rəhbəri Con Retklifflə Rusiya Prezidenti Vladimir Putin arasında hər hansı bir təmas olmayıb.
Görəsən, bu səfər Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində atılmış növbəti addımlardan biri ola bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Retkliffin Putinlə görüşməməsi bir az şübhəlidir.
O xatırladıb ki, Rusiya prezidenti kəşfiyyatçı, DTK (KQB) əməkdaşı olub və Putinin MKİ-nin direktoru ilə görüşməsi daha effektiv ola bilər:

"Düşünürəm ki, ABŞ-nin də yanaşması bu istiqamətdədir. Çünki əvvəllər peşəkar kəşfiyyatçı olmuş bir prezidentlə yaxşı olar ki, dünyanın ən güclü kəşfiyyat təşkilatlarından biri olan MKİ-nin direktoru danışsın və Donald Trampın, ABŞ Administrasiyasının o məxfi mövqeyini, fikrini Putinə çatdırsın. Yanaşma məhz budur. Eyni zamanda, bu, özü-özlüyündə digər şəxslərə də bir mesajdır - həm etibar edilməməsi ilə bağlı, həm də bu məsələyə nə qədər həssas yanaşıldığını göstərən amil kimi. O baxımdan, bundan öncə Cared Kuşner, Uitkoff və digər şəxslər göndərilirdi. Amma bu dəfə bir qədər fərqli yanaşma olub. Bu da ondan xəbər verir ki, burada həmişəki kimi məlumat mübadiləsi aparılmayacaq, məsələlər müzakirə edilməyəcək. Başqa məlumatların və hətta bu dəfə tamamilə fərqli məsələlərin müzakirə edilməsi gözlənilir".
X.Bəşirovun sözlərinə görə, ABŞ İranda, Yaxın Şərqdə baş verən prosesləri də bitirmək niyyətindədir:
"Vəziyyət getdikcə heç də ABŞ-nin istəyi istiqamətində getmir. Əgər İran hər bir halda hər şeyə gedirsə, o halda ABŞ uzun müddət bu ərazidə qalacağını, qala biləcəyini düşünmür. Bu məsələlərin bir-biri ilə əlaqəli olması, Rusiya-Ukrayna mövzusunun Rusiya-Qərb, Rusiya-NATO, Yaxın Şərq məsələlərinə bir-biri ilə sıx bağlıdır. Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin ora göndərilməsi ondan xəbər verir ki, ABŞ Rusiya-Ukrayna mövzusunda ciddi dönüş əldə etmək istəyir. Prosesin gedişatında ciddi dəyişiklik yaratmaq niyyəti ilə bu addım atılıb. Direktorun səfərindən sonra təmaslar diplomatik çərçivədə davam edə bilər. Donald Tramp Administrasiyası aralıq seçkilərinə hansısa bir nəticə ilə getmək niyyətindədir. Yaxın Şərq mövzusunda ciddi nəticə əldə edə bilməyibsə, ən azından Rusiya-Ukrayna mövzusunda bir nəticə vermək niyyətindədir. Bu iki mövzu, yəni Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən proseslər uzun müddətdir dünya gündəmini zəbt edib".






















































