“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
“Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı...
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın “Sabah” futbol klubu İsrailin “Hapoel” komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“Qafqazinfo” olaraq, bu məqamda “Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskasla bağlı bir müddət əvvəl hazırladığımız materialı təqdim edirik:
V.Dambrauskas 1977-ci ildə Litvanın Pakruoyis şəhərində dünyaya göz açıb. Onun futbolçu karyerası isə sadəcə həvəskar səviyyədə olub. Litva 3-cü liqasında meydana çıxan çalışdırıcı daha sonra universitetə daxil olur. Mühəndislik ixtisasına yiyələnir. Lakin onun ikinci dəfə futbola qayıtması isə “Milyonçu” şousundan başlayır. Litvada keçirilən “Sesi Nuliai – Milijonas” (“Altı sıfır – Bir milyon”) yarışmasına qatılır. Burada 4 min Litva litası (3 min manat) qazanır. Dambrauskas qazandığı pulla sevgilisi (indi həyat yoldaşı olan ) İnqrida Dambrauskiene ilə İngiltərəyə köçür və London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olur.
(1).jpg)
Bundan sonra isə o, müxtəlif işlərdə çalışmağa başlayır, həm də oxuyur. V.Dambrauskas həmin vaxt “Mançester Yunayted”in futbol akademiyasına iş üçün müraciət edir və gözlənilmədən qəbul olunur. İngilis dilini yaxşı bilməsə də, bilikləri ona yol açır.
Daha sonra o, təcrübə üçün “Fulhem” və “Brentford” klublarına yollanır. Futbol biliklərini zənginləşdirdikdən sonra isə İngiltərə 9-cu liqasında mübarizə aparan “Kingsbury London Tigers” klubunun baş məşqçisi olur. Həmin vaxt həmçinin Litvanın U17, U-18, U-19 milli komandalarında çalışır.
.jpg)
2011-ci ildə ölkəsinin ən adlı-sanlı klublarından olan “Ekranas”dan təklif alır və orada köməkçi məşqçi kimi işləməyə başlayır. 2014-cü ildə bu klubun baş məşqçisi olsa da, buradakı karyerası qısa çəkir. Daha sonra “Jalqiris”ə yollanır. Daha sonra RFS, “Qoritsa”, “Ludoqorets”, “Hayduk” (Split), OFİ (Krete) kimi komandalarda çalışır. 2024-cü ildə Kiprin “Omoniya” klubu ilə Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanır. Əsas mərhələdə “Legiya”ya 0:3 hesablı məğlubiyyətdən sonra isə komandanı tərk edir. “Sabah”dan öncəki sonuncu klubu isə Macarıstanın “Dioşdyör” komandası olur.























































