“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlayıb.
“Qafqazinfo” xəbər verir ki, müraciətlər onlayn qaydada qəbul olunur.
Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi, texniki xidmət işçisi və s. yer alır.
Vakansiyalar üzrə əməkhaqqı Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur.
Agentlik xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.
Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək linkə keçid edə bilərsiniz.
Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.























































