Menu
Xəbər Lenti
21 Avqust 2026 10:45Manşet / Gündəm / İqtisadiyyat

Neftimiz bu gün də bahalaşdı

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 dollar və ya 1,26% artaraq 96,68 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 95,48 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.