Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
Konfrans Liqasının üçüncü təsnifat oyununda “Qarabağ” “Dinamo Kiyev” ilə qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq.
Fan zonada əyləncəli proqram 13 avqust 18:00-dan başlayacaq.
Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid “Azerçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb.






















































