ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“Qarabağ” Kiyev “Dinamo”suna rəqib ola bilər
Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) – “Qarabağ” cütü II qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.
II qrup (səpələnməmişlər)
“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)
“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)
“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.























































