Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz hissəsidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri bir daha göstərdi ki, Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi və regionun imkanlarının daha da genişləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir.
Səfər zamanı Naxçıvanın gələcək inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub, yeni layihələrin təməli qoyulub və bir sıra mühüm istiqamətlər üzrə qarşıya konkret hədəflər qoyulub.
Nəqliyyat və enerji layihələri, turizm imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, müasir infrastrukturun qurulması Naxçıvanın gələcəkdə regionun mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün böyük imkanlar yaradır.
Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin daha da güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu layihə həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarını daha da artıracaq.
Naxçıvan şəhərinin gələcək inkişafına dair Baş Planın hazırlanması isə bu qədim şəhərin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Turizm, enerji, nəqliyyat və digər sahələrdə nəzərdə tutulan layihələr Naxçıvanın qarşıdakı illərdə daha böyük inkişaf mərhələsinə qədəm qoyacağına inam yaradır.
Cənab Prezidentin diqqəti və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Naxçıvanın inkişafı üçün yeni imkanlar açılır.
Naxçıvan bizim qədim tariximiz, bu günümüz və parlaq gələcəyimizdir. ??
Allah cənab Prezidentimizi qorusun!
Azərbaycanımız daim güclü və qüdrətli olsun!
Masallı Rayon Yeni Azərbaycan Partiyasının üzvü
Raqil Məcidov






















































