“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan “Bir”, “m10” rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən “Ey-ay” çatbotunu istifadəyə verib.
Artıq “m10” istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə “Ey-ay” ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər “m10” xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. “Bir” ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
“Bir” ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov “Ey-ay” haqqında danışarkən bildirib ki, bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər: “Ey-ay” sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik”.
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir”, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az























































