ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“Azeronline”da müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
“Azeronline LTD” Birgə Müəssisəsi (BM) internet provayderləri arasında ilk olaraq abunəçi müqavilələrinin “SİMA İmza” vasitəsilə rəqəmsal imzalanmasını təmin edən xidməti istifadəyə verib.
“Qafqazinfo” xəbər verir ki, tətbiq edilən innovativ həll sayəsində xidmətə qoşulma prosesi tam elektron formata keçirilib, kağız sənəd dövriyyəsinə olan ehtiyac əhəmiyyətli dərəcədə azaldılıb.
Yeni sistem çərçivəsində abunəçilər müqavilələri “SİMA İmza” tətbiqi vasitəsilə məsafədən və təhlükəsiz şəkildə imzalaya bilirlər. Sənəd, eyni zamanda şirkət tərəfindən də “SİMA Token” vasitəsilə rəqəmsal qaydada təsdiqlənir. Bununla da müqavilənin imzalanması prosesi tam elektron formada cəmi bir neçə dəqiqə ərzində tamamlanır.
Müqavilələrin rəqəmsallaşdırılması xidmətə qoşulma müddətini əhəmiyyətli dərəcədə qısaldır, əməliyyatların çevikliyini və səmərəliliyini artırır. Eyni zamanda sənədlərin arxivləşdirilməsi və idarə olunmasını optimallaşdıraraq həm abunəçilər, həm də şirkət üçün daha rahat və ekoloji baxımdan dayanıqlı xidmət mühiti yaradır.
Bu yenilik “Azeronline LTD” BM-in rəqəmsal transformasiya strategiyası çərçivəsində həyata keçirdiyi innovativ layihələrin növbəti mərhələsidir. Şirkət bundan əvvəl də internet provayderləri arasında ilk olaraq “mygov ID” (digital.login) identifikasiya sistemini xidmət proseslərinə inteqrasiya etmişdi. “SİMA İmza” vasitəsilə rəqəmsal imzalama həllinin tətbiqi ilə xidmətə qoşulma prosesi - şəxsiyyətin təsdiqlənməsindən müqavilənin imzalanmasına qədər - tam şəkildə rəqəmsal mühitdə icra olunur.
Müasir rəqəmsal texnologiyaların tətbiqini prioritet hesab edən “Azeronline LTD” BM bundan sonra da xidmətlərini innovativ, təhlükəsiz və əlçatan həllərlə təkmilləşdirərək abunəçilərinə daha üstün xidmət təcrübəsi təqdim etməyə davam edəcək.























































