Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

10 Avqust 2026 12:08Manşet / İqtisadiyyat

Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir

 

Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun işindəki dayanmalar səbəbindən neft ixracının bir hissəsini digər marşrutlara yönləndirib.  

“Qafqazinfo” “İnterfaks-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. 

Nazirlik alternativ tədarük marşrutlarını, o cümlədən Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirdiyini açıqlayıb. Məlumata görə, hazırda ixrac axınlarının yenidən bölüşdürülməsi üzrə işlər aparılır. Belə ki, qeyd olunan dövrdə Atırau-Samara istiqamətində daşımalar artırılıb, həmçinin Çinə tədarüklərin artması qeydə alınıb. 

“Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə daşıma, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə daşıma, həmçinin Bakı-Supsa marşrutu nəzərdən keçirilir”, - nazirliyin açıqlamasında deyilir. 

Xatırladaq ki, son dövrlərdə Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları artıb. Bu səbəbdən yükləmə əməliyyatlarının dayandırıldığı, neft qiymətlərinin isə artdığı bildirilir.