Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olundu - Video
Dövlət Su Ehtiyatları Agentliyi rəqəmsal transformasiya, innovativ idarəetmə və ictimaiyyətlə kommunikasiyanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində yeni layihəsini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, agentliyin süni intellekt əsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər, tətbiq olunan texnoloji həllər və yeniliklər barədə məlumatların ictimaiyyətə daha aydın və operativ formada çatdırılmasına xidmət edəcək.
Aysu Agentliyin xidmətlərinin, layihələrinin və innovativ təşəbbüslərinin videoçarxlar, posterlər, məlumatlandırıcı paylaşımlar və digər kommunikasiya materialları vasitəsilə ictimaiyyətə çatdırılmasına dəstək verəcək.
Rəqamsal sima vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələrinin icrası, ekoloji dayanıqlılıq, sudan səmərəli istifadə və rəqəmsal transformasiya kimi mövzular əhatə ediləcək.
Növbəti mərhələlərdə Aysunun süni intellekt əsaslı interaktiv ünsiyyət və xidmət imkanları daha da genişləndiriləcək. Bu çərçivədə müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə birbaşa cavablandırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması və müraciətlərə baxılma müddətinin qısaldılması üçün müvafiq həllər tətbiq olunacaq.
Layihənin tətbiqi Dövlət Su Ehtiyatları Agentliyinin müasir texnologiyaların tətbiqinə, məlumat əsaslı idarəetmənin inkişafına və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.





















































