Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Professor Dilqəm Quliyev - 76
İllərin dostu, pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "İdmançı" qəzetinin baş redaktoru, Milli Olimpiya Komitəsi, Milli Olimpiya Akademiyası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyası və Türk Ağsaqqalları İctimai Birliyinin (#TAİB) üzvü, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Qasım oğlu Quliyevi (Dilqəm Quliyev) dünyaya gəldiyi gün (6 avqust), ömür təqviminin 76 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı azman alim- aydınımıza 26 il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Min illiyin həsrəti var gözündə,
Əsrlərin şöləsi var üzündə,
Qərinələr təpəri var dizində,
Zəkan iti, həyat qayən xoş dilək,
Ulu yaddaş, yetmiş altın mübarək!
Məsləyinin təməlində - ədalət,
İnancının mayasında - həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
İllər ilə yaşatmısan saf ürək,
Alim yurddaş, yetmiş altın mübarək!
Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud - hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Ünlü yoldaş, yetmiş altın mübarək
Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirətək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Əziz soydaş, yetmiş altın mübarək!
El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Arzu sığmır yaşantılar həddinə...
İnnən belə yenə səni şux görək,
Azman sirdaş, yetmiş altın mübarək!
İnam, ümid ruhumuza məlhəmdir,
Sevincimiz can evinə məhrəmdir,
Duyğuların zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, yetmiş altın mübarək!
Dilqəm müəllim ziyalı kredosu, məslək-məramı, vətəndaş mövqeyi ilə Azərbaycanın haqq səsidir. O səs ki, cəmiyyətin nəbzinin səsidir.
AZƏRBAYCAN sevdalı, vətənpərvər aydın, ruhu diri-duru, saf qayəli dostum Dilqəm Quliyev öz ziyalı yoluna inamla davam edir.Yol gedənindir, qardaş! 76 illik yolun mübarək!
Tapdıq ƏLİBƏYLİ























































