Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
“Azərbaycan öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz”
“Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz”.
“Qafqazinfo” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev türkiyəli jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, Azərbaycan üçün ərazi bütövlüyü və suverenlik əsas prinsiplərdir: “Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. Bununla bağlı iddialar həqiqəti əks etdirmir və çirkin təbliğatın tərkib hissəsidir”.
Hacıyev həmçinin Azərbaycanın İranı dost və qardaş ölkə hesab etdiyini söyləyib: “Sərhədin o tayında yaşayanlar milliyyətindən, dinindən asılı olmayaraq, bizim qardaşlarımızdır”.
Prezidentin köməkçisi Cənubi Qafqazda hazırda sülhün hökm sürdüyünü bildirərək, Azərbaycan-Ermənistan sülh prosesində ciddi maneələrin qalmadığını deyib.
Onun sözlərinə görə, Ermənistan yeni geosiyasi reallığı qəbul edib və Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini anlayır.
Hikmət Hacıyev bildirib ki, Ermənistan yeni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırarsa, sülh sazişinin imzalanması üçün heç bir problem qalmayacaq.























































