Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
ABŞ-də F-35 qəzaya uğradı
ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “F-35B Lightning II” tipli beşinci nəsil qırıcı təyyarə Kaliforniya ştatında, Miramar Dəniz Piyadaları Korpusunun Hərbi Hava Bazası yaxınlığında qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:00 radələrində, təyyarənin uçuş-enmə zolağına yaxınlaşdığı zaman qeydə alınıb.
Qəzadan sonra təyyarə alovlanıb və hadisə yerindən qalxan qatı tüstü kilometrlərlə uzaqdan müşahidə olunub.
Miramar Hərbi Hava Bazasının sözçüsü, leytenant Bleyk Starbak bildirib ki, pilot katapult sistemindən istifadə edərək təyyarəni tərk edib. O, xilas olunaraq tibbi müayinə və müalicə üçün xəstəxanaya çatdırılıb.
Yanğınsöndürmə briqadaları təyyarənin qalıqlarında baş verən yanğını köpüklə söndürüb. Qəza nəticəsində ətraf ərazidə yaranan otlaq yanğını da nəzarət altına alınıb.
Hava hərəkətinə nəzarət qeydlərinə əsasən, qırıcı təyyarə uçuş-enmə zolağına son yaxınlaşma zamanı qəzaya uğrayıb. Pilotun paraşütünün açıldığı təsdiqlənib.
Qəzanın səbəbi hələlik məlum deyil. ABŞ hərbi qurumları hadisə ilə bağlı araşdırmaya başlayıb.























































