VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Peşə və kvalifikasiya standartı nədir, nə üçün lazımdır?
Peşə və kvalifikasiya standartları işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.
“Qafqazinfo” xəbər verir ki, bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Dövlət orqanları və təşkilatlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əmək bazarının tələblərinə uyğun olaraq müvafiq standartın hazırlanması və ya yenidən hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.
Müvafiq qaydada hazırlanmış standart nazirliyin kollegiyasında təsdiq olunduqdan sonra qüvvəyə minir, Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə yerləşdirilir.
Cari ilin I yarımilində əmək bazarında prioritet peşələr üzrə daha 138 peşə və kvalifikasiya standartı təsdiq edilərək reyestrə daxil edilib. Bununla da reyestrdə mövcud olan standartların sayı 1700-ə çatıb.
Qeyd edək ki, cari ildə 166 peşə üzrə 332 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi ilə bağlı işlər aparılır.























































