VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Bakıda beynəlxalq təlim keçirildi
Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, təlim Azərbaycan Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın keçirilməsi barədə razılıq Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun cari ilin 14–15 may tarixlərində Pakistan İslam Respublikasına səfəri zamanı əldə olunub. Təşəbbüs iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına xidmət edir.
Təlimdə Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Proqramda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri daxil olmaqla 20-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, əməkdaşlıq proqramı çərçivəsində növbəti beynəlxalq təlimin cari ilin oktyabr ayında Pakistanda keçirilməsi planlaşdırılır.
Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.























































