18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarının ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsi cari ildəki fəaliyyətini Şamaxıda davam etdirir. “Gənclərlə, gənclər üçün” şüarı ilə keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.
27-31 iyul tarixlərini əhatə edəcək Şamaxı dayanacağının açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında Səyyar Gənclər Xidmətinin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu bildiriblər.
Layihə müddətində Şamaxı rayonunun gəncləri üçün "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bununla yanaşı iştirakçılar üçün Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar və sərgilər təşkil olunub. Həmçinin gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.
Xatırladaq ki, cari il üzrə Şəki, Oğuz və Qəbələ, İsmayıllı və Ağsuda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.
Xezertv.info
































































