İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama
Sosial şəbəkələrdə Ağdam şəhərində inşa edilmiş binalarla bağlı görüntülər yayılıb.
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ağdam şəhərində yeni inşa edilmiş ikinci yaşayış məhəlləsində istismara verilmiş yaşayış binalarında aparılmış baxış və monitorinqlər zamanı binaların konstruktiv elementlərində, daxili mühəndis-kommunikasiya sistemlərində və digər istismar göstəricilərində hər hansı problem, nasazlıq və ya keyfiyyət uyğunsuzluğu müəyyən edilməyib.
“Bununla belə, yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar aidiyyəti üzrə əraziyə operativ baxış keçirilib, aparılmış araşdırmalar nəticəsində hadisənin bina konstruksiyası və ya tikinti işlərinin keyfiyyəti ilə deyil, torpaq çökməsi ilə əlaqədar baş verdiyi müəyyən edilib.
Sözügedən torpaq çökməsi ilə bağlı podratçı şirkətlər tərəfindən operativ şəkildə zəruri bərpa işləri icra edilib və problem tam şəkildə aradan qaldırılıb. Hazırda qeyd olunan ərazidə hər hansı təhlükə və ya istismara maneə yaradan vəziyyət mövcud deyil”, - deyə məlumatda qeyd edilib.























































