ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
Qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Ankara Ədalət Məhkəməsində aparılan hüquqi proses beynəlxalq hüquq müstəvisində mühüm nəticə ilə yadda qaldı. Beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun göstərdiyi hüquqi dəstək və peşəkar fəaliyyəti nəticəsində Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu.
Bu uğur yalnız bir hüquqi işin müsbət nəticələnməsi deyil, eyni zamanda beynəlxalq hüququn aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasının, dövlətlər arasında hüquqi əməkdaşlığın və ədalət prinsiplərinin təntənəsinin bariz nümunəsi kimi qiymətləndirilir.
Ankara Ədalət Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı İsmayıl Zalov yüksək peşəkarlıq, prinsipiallıq və hüquqi bilik nümayiş etdirərək hüquqi müdafiənin səmərəli təşkilinə mühüm töhfə verib. Onun beynəlxalq hüquq sahəsində zəngin təcrübəsi və hüququn aliliyinə sadiqliyi məhkəmə prosesinin uğurla başa çatmasında əhəmiyyətli rol oynayıb.
Qazanılan bu hüquqi uğur münasibətilə Türkiyə Cümhuriyyətinin tanınmış hüquqşünasları, Yiğit Aslan və Özləm Şahin İsmayıl Zalova səmimi təşəkkürlərini ifadə ediblər. Onlar beynəlxalq hüquq sahəsində göstərdiyi dəyərli dəstəyə və peşəkar fəaliyyətinə görə İsmayıl Zalova fəxri fərmanlar təqdim edərək onun xidmətlərini yüksək qiymətləndiriblər.
Təqdim olunan təşəkkürnamədə qeyd olunur:
"Hörmətli İsmayıl Zalov! Beynəlxalq Hüquq Müdafiəçisi. Büromuz adından beynəlxalq hüquq sahəsində göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirik. Yiğit Hüquq Bürosu – 2026."
Bu təşəkkürnamə İsmayıl Zalovun beynəlxalq hüquq müstəvisində qazandığı nüfuzun, müxtəlif ölkələrin hüquq institutları ilə səmərəli əməkdaşlığının və insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyətin yüksək qiymətləndirilməsinin növbəti təsdiqidir.
İsmayıl Zalov uzun illərdir ki, hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və ədalətin bərqərar olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun əldə etdiyi bu uğur Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və hüquqi əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verən mühüm hadisələrdən biri kimi dəyərləndirilə bilər.
Ankara Ədalət Məhkəməsində əldə olunan bu nəticə bir daha göstərdi ki, peşəkarlıq, qanunun aliliyinə sadiqlik və insan hüquqlarının müdafiəsinə xidmət edən prinsipial mövqe hər zaman öz bəhrəsini verir. İsmayıl Zalovun qazandığı bu uğur beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün də nümunəvi hadisə kimi xüsusi əhəmiyyət daşıyır.
İnsan hüquqlarının müdafiəsinə yönəlmiş bu mühüm hüquqi qələbə ədalətin gec-tez öz yerini tapdığını bir daha nümayiş etdirdi və beynəlxalq hüququn cəmiyyətlərin inkişafında əvəzsiz rol oynadığını təsdiqlədi.
Müəllif:Arhd.Mediya İnformasiya Agentliyinin Ağsu rayon üzrə rəsmi nümayəndəsi Ramil Abışov

































































