Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 11:25

“Azeri Light” bahalaşdı

20 İyul 2026 11:51Manşet / Dünya

Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi

 

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. 

“Qafqazinfo” “Musavat.com”a istinadən xəbər verir ki, “Babylon” adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalmışdı.

Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub. Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.

Hazırda “Babylon” gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.