Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
140 min ton neftlə yüklü Türkiyə tankeri DRONLA VURULDU - İlk rəsmi açıqlama
"Partlayışın baş verdiyi mühərrik kabinəsinin xüsusilə hədəf alındığı qənaətindəyik".
Oxu.Az-ın "TRT Haber"ə istinadən xəbərinə görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə gəmiyə edilən hücumla bağlı açıqlama verib.
"Sahibini hələ tanımadığımız, lakin Rusiyadan xam neftlə yüklənmiş, xarici bayraq altında üzən gəminin gecəyarısından sonra mühərrik kabinəsində partlayış baş verib. Təcili əsas axtarış və xilasetmə mərkəzimizə məlumat verilib, sahil təhlükəsizliyinin və sahil mühafizəsinin zəruri bölmələri göndərilib. Partlayışın baş verdiyi mühərrik kabinəsinin xüsusilə hədəf alındığına inanırıq. Bunun da pilotsuz dəniz aparatı (PDA) vasitəsilə həyata keçirildiyini düşünürük. Bu bir dron hücumu deyil. Texniki qruplarımız hadisə yerinə yönləndirilib, qarşıdakı saatlarda səbəbi müəyyən edəcəklər. Buna əsasən biz də daha dəqiq açıqlama verəcəyik, amma bu, kənar müdaxilədən qaynaqlanan partlayışdır. Gəmini tamamilə sıradan çıxarmaq məqsədi ilə qəsdən törədilib", - deyə nazir bildirib.
Abdulkadir Uraloğlu həmçinin hücumun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olub-olmadığına dair də fikrini bildirib.
"İndi baxdığımız zaman potensial olaraq belə görünür. Neft daşıyan gəmidir, quru yük gəmisi deyil. Buna görə də, bu mənada riskin yüksək olduğunu deyə bilərik. Gəmi neft, xam neft daşıyır. Amma ekipajın hamısı türkdür, 27 personalımız var orda. Hər hansı sağlamlıq problemi, xəsarət yoxdur. Amma biz hadisə yerinə lazımi qrupları göndərmişik və vəziyyəti izləyirik", - deyə o qeyd edib.
Türkiyəyə məxsus xam neft daşıyan "Altura" adlı tanker Qara dənizdə, İstanbul boğazının 26 kilometrliyində dron zərbəsinə məruz qalıb.
Bu barədə Oxu.Az "NTV.com" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Rusiyadan yola düşən və 140 000 ton neft daşıyan gəmiyə dron zərbəsi nəticəsində tankerin göyərtəsi və mühərrik kabinəsi zərər görüb.
Qara dəniz sahillərində baş verən hadisə zamanı böyük partlayış baş verib. Tankerin körpüsünə ziyan dəydiyi və mühərrik otağına su dolduğu bildirilir.
Tankerin təcili yardım tələbindən sonra hadisə yerində xilasetmə qrupları göndərilib. Gəmiyə təcili müdaxilə davam edir, səlahiyyətlilər tərəfindən hələ ki, bunun hücum olub-olmadığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Gəmi ekipajından yaralanan olmayıb, 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.























































