VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Şəhid övladları Fransada
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə iştirakı ilə Fransanın Kolmar şəhərində VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, düşərgə Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunmuş xüsusi düşərgə ərazisində baş tutur.
Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.
Düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə bir araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov, təlimçi Lalə Hüseynzadə və Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasının nümayəndəsi Əsbənd Fətəliyeva çıxış ediblər. Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.
Şəhid övladları ilə xaricdə yaşayan azərbaycanlı uşaqların birlikdə düşərgədə iştirakı gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması və Ana Vətənlə əlaqələrin möhkəmlənməsinə, eyni zamanda xaricdə yaşayan azyaşlıların Azərbaycan həqiqətlərini dərindən öyrənmələrinə və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlıqları haqqında ətraflı məlumat əldə etmələrinə xidmət edəcəkdir.
İyulun 17-də başlayan VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi ayın 23-dək davam edəcək.





























































