VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
Sumqayıtda yerləşən “Levent 2” yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baku TV”yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi onun övladlarının psixologiyasına mənfi təsir edəcək: “Burada obyektin ərazisi 500 kvadrat metrdən çoxdur. Hər gün yüzlərlə insan gələcək, minimum 300-400 adam olacaq. Bir ana olaraq bundan narahatam. Sahibkar artıq parkinq yerindən şəxsi lift də istifadəyə verib”.
Digər sakin Şirinbəyim Əhmədova isə mərasim evi açıldıqdan sonra heç bir halda sakitliyə riayət edilməyəcəyini deyir: “Bütün günü arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbola gələcəklər, bir tərəfdə bulvara turistlər gəlir, ortada isə mərasim evi...”
Obyekt sahibi Namiq Dövlətov sakinlərin narazılığına cavab olaraq bildirib ki, məclis baş tutan zaman heç bir ağlaşma olmayacaq: “Problem yoxdur, ağlaşma olmayacaq, izolyasiya olunub. Bura məclis evidir, elə bir şey yoxdur ki, kimsə gəlib ağlasın, qışqırsın. Mən icazə vermirəm ki, kimsə ağlasın. Biri öləndə hüznlü olmaq lazımdır. Lift isə binanın parklanma hissəsində deyil, birinci mərtəbədən ikiyə çıxmaq üçündür. Bütün qurumlardan icazə almışıq”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil: “Bu, özəl tikinti çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının, habelə idarəedici qurumların qərarı vasitəsilə tənzimlənir”.
Daha ətraflı videomaterialda:























































