Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” 2026-cı ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabat dövründə bank əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da genişləndirib.
İlk yarımilin nəticələri bankın dayanıqlı inkişaf strategiyasının uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını nümayiş etdirir.
2026-cı ilin ilk yarımili üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
- Aktivlər 2,2% artaraq 2,72 milyard manata çatıb;
- Məcmu kapital 17,4% artaraq 279,6 milyon manat təşkil edib;
- Kredit portfeli 11,5% artaraq 1,70 milyard manata yüksəlib;
- Xalis faiz gəlirləri 17,4% artaraq 95,8 milyon manat olub;
- Xalis əməliyyat mənfəəti 28,5% artaraq 46,1 milyon manata çatıb;
- Xalis mənfəət 23,7% artaraq 34,5 milyon manat təşkil edib;
- Depozit portfeli 1,1 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir.
Maliyyə dayanıqlığının əsas göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,61% (normativ: 6,5%);
- Məcmu kapitalın adekvatlıq əmsalı - 14,65% (normativ: 12,5%);
- Leverec əmsalı - 7,53% (normativ: 5%);
- Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 0,74%-ə enib (2025-ci ilin sonu: 0,9%).
Maliyyə göstəricilərində əldə olunan artımla yanaşı, “Bank Respublika” 2026-cı ilin ilk yarısında da aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını genişləndirərək ölkənin real sektorunun maliyyələşdirilməsi imkanlarını artırmağa davam edib. Hesabat dövründə Bank EIB Global, OPEC Fund və Finnfund ilə yeni əməkdaşlıq sazişləri imzalayıb. Bu sazişlər mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl maliyyələşdirmənin inkişafına, eləcə də biznesin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Nəticədə, 2026-cı ilin birinci yarımilliyinin yekunlarına əsasən maliyyə sektoru institutlarından cəlb edilmiş vəsaitlərin həcmi 1,26 milyard manata çataraq, ötən ilin sonu ilə müqayisədə 22,1% artmışdır
Daha ətraflı məlumat üçün: www.bankrespublika.az
Sosial şəbəkələr - “Facebook”, “Instagram”, “LinkedIn”,“Telegram”
Çağrı Mərkəzi: 144






















































