Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Sosial Tərəfdaş layihəsi çərçivəsində pensiya və sosial ödəniş alan vətəndaşlar üçün tətbiq edilən güzəştlərin əhatə dairəsi genişlənməkdə davam edir.
Artıq Bravo supermarketlər şəbəkəsinin Koroğlu hipermarketində də pensiyaçılar üçün xüsusi endirimlər mövcuddur. Bununla yanaşı, iyulun 20-dən 25-dək burada “Endirimli Pensiyaçı Günləri” kampaniyası keçiriləcək.
Kampaniya çərçivəsində seçilmiş məhsullara 50%-dək xüsusi endirimlər tətbiq olunacaq.
Endirimlərdən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər, həmçinin müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, eləcə də qazilər, veteranlar və şəhid ailə üzvləri yararlana biləcəklər.
Güzəştdən istifadə etmək üçün vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməsi və tətbiqdə yerləşən Sosial Tərəfdaş barkodunu kassada təqdim etməsi kifayətdir. Bu halda endirim alış-veriş zamanı avtomatik tətbiq olunur.
Qeyd edək ki, Sosial Tərəfdaş layihəsi sosial ödəniş alan vətəndaşların gündəlik xərclərinin azaldılmasına dəstək məqsədi daşıyır və layihəyə qoşulan market, aptek və klinikaların sayı mütəmadi olaraq artır.
Ətraflı məlumatı sosialterefdash.az saytından əldə etmək və ya 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Xezertv.info























































