"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Məmmədov Taleh: 14 İyul – Müasir Azərbaycanın uğur yolunun başlanğıc tarixi
Bəzi tarixlər var ki, onların əhəmiyyəti yalnız bir günlə məhdudlaşmır. Onlar bütöv bir xalqın taleyini dəyişir, dövlətin gələcək inkişaf istiqamətini müəyyən edir. 14 iyul 1969-cu il məhz Azərbaycan xalqı üçün belə əlamətdar tarixlərdən biridir.
Həmin gün Azərbaycan rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafına yeni baxış, güclü idarəçilik prinsipləri və strateji düşüncə gətirdi. Onun rəhbərliyi altında respublikanın iqtisadi potensialının artırılması, sənayenin genişləndirilməsi, kənd təsərrüfatının inkişafı, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər yaxşı bilirdi ki, güclü dövlət yalnız güclü insan kapitalı üzərində qurula bilər. Buna görə də elmə, təhsilə, mədəniyyətə və milli kadr hazırlığına xüsusi önəm verildi. Minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil alması üçün yaradılan imkanlar sonrakı illərdə ölkənin peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı.
1969-cu ildən başlayan inkişaf mərhələsi Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi və siyasi dayaqlarını yaratdı. Məhz həmin dövrdə formalaşdırılan istehsal gücü, peşəkar idarəetmə sistemi və milli kadr korpusu sonrakı illərdə müstəqil dövlət quruculuğunun əsas sütunlarına çevrildi.
1993-cü ildə dövlət müstəqilliyinin ciddi təhlükə ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı ağır böhrandan çıxararaq sabitlik, təhlükəsizlik və inkişaf mühitini təmin etdi. Onun müəyyənləşdirdiyi dövlətçilik konsepsiyası Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə əldə olunan mühüm siyasi, iqtisadi və hərbi nailiyyətlər, ölkəmizin beynəlxalq nüfuzunun artması və dayanıqlı inkişafı bu strateji xəttin uğurunun bariz göstəricisidir.
14 iyul tarixi Azərbaycanın müasir tarixində yalnız bir təyinat günü deyil, dövlətçilik ənənələrinin möhkəmləndiyi, milli inkişafın yeni mərhələsinin başlandığı və gələcək uğurların təməl daşının qoyulduğu əlamətdar bir gündür. Bu tarix xalqımızın yaddaşında hər zaman müdrik rəhbərliyin, uzaqgörən siyasətin və Azərbaycanın tərəqqi yolunun başlanğıcı kimi yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası Şirvan şəhəri G. Şıxbala oğlu 74 ünvanı
“Shirvan Operating Company Ltd” Şirkəti YAP-ın ərazi partiya təşkilatının sədri
Məmmədov Taleh





















































