TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Mənzil qalmaqalına görə istefa veribmiş
Olqa Stefanişinanın Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən istefa verməsi ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı qiymətə daşınmaz əmlak əldə etməsinə dair aparılan araşdırma ilə bağlıdır.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Financial Times” nəşri çıxış edib.
Bildirilir ki, qalmaqala “Hromadske” telekanalının 2025-ci ilin iyununda yayımlanan materialı səbəb olub. Jurnalistlər müəyyən ediblər ki, 2022-ci ilin payızında məmurun anası Nadejda Kravets Kiyevdəki “Lvov meydanı” yaşayış kompleksində sahəsi təxminən 100 kvadratmetr təşkil edən üçotaqlı mənzil alıb.
Sənədlərə görə, sövdələşmənin dəyəri 3,04 milyon qrivna (təxminən 116 min AZN) olaraq qeydə alınıb. Həmin dövrün məzənnəsinə görə bu, təxminən 83,2 min dollara bərabər olub. Lakin araşdırma müəlliflərinin qeyd etdiyi kimi, 2022-ci ilin oktyabrında analoji lotların minimum qiyməti 12 milyon qrivnadan (təxminən 458 min AZN), yəni 300 min dollardan başlayırdı.
Rieltorlar sənədlərdə göstərilən məbləği “qeyri-real” adlandırıb, həmin rayonda bir kvadratmetrin ən azı 2 min dollara (təxminən 3400 AZN) başa gəldiyini açıqlayıblar.
Maraqlısı budur ki, Stefanişinanın bəyannaməsində bu mənzil qeyd olunmayıb. Onun əvəzinə məmur anasının Kiyevdə yerləşən, sahəsi 74 kvadratmetr olan başqa bir mənzilini göstərib. Həmin mənzil isə 2008-ci ildə alınıb.
Diplomat özü isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Xatırladaq ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina iyulun 14-də istefa ərizəsini təqdim edib. O bunu şəxsi səbəblərə görə etdiyini bildirib. Onun yerinə Ukraynanın sabiq Baş naziri Yuliya Sviridenkonun təyin oluna biləcəyi ehtimal edilir.























































