VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Allah rizası naminə qurulan ehsan süfrəsi: Xeyirxah əməllərə edilən dualar
12.07.2026
Allahını tanıyan, Onun əmrlərinə itaət edən, qəlbini iman nuru ilə işıqlandıran, hər zaman Yaradanı zikr edən bütün mömin qardaşlara Allahın salamı, rəhməti və bərəkəti olsun!
Bu gün Uca Allahın rizasını qazanmaq niyyəti ilə təşkil olunan bu savab məclisi və ehsan süfrəsi münasibətilə ilk növbədə Rəbbimizə sonsuz şükür edirik. Allah-Təala bu məclisdə edilən duaları, oxunan Qurani-Kərimi, verilən ehsanı və göstərilən bütün xeyirxah əməlləri öz dərgahında qəbul etsin.
Xüsusilə qürbət eldə yaşasa da, doğma elini-obasını, öz xalqını və dini-mənəvi dəyərlərini unutmayan əziz qardaşımız Qalibə dərin minnətdarlığımızı bildiririk. Uca Allah onun bu gözəl niyyətini, ehsanını və etdiyi bütün xeyirxah əməlləri qəbul etsin. Rəbbi-Kərim ruzisini bol, ömrünü bərəkətli, canını sağlam, ailəsini xoşbəxt etsin, onu hər cür bəladan, qəza və müsibətlərdən qorusun.
Allah-Təala Qurani-Kərimdə buyurur ki, yaxşılıq edənlərin mükafatı yalnız yaxşılıqdır. İnşallah, Qalib qardaşımızın bu xeyirxah əməli də onun dünya və axirət səadətinə vəsilə olsun. Allah ona halal ruzi, xeyirli övladlar, gözəl ömür və imanla dolu bir həyat nəsib etsin.
Rəbbimizdən diləyimiz budur ki, ölkəmizə əmin-amanlıq, xalqımıza birlik və bərəkət bəxş etsin. Şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, dünyasını dəyişmiş bütün möminlərin məqamını uca etsin. Xəstələrə şəfa, borclulara asanlıq, çətinlik içində olanlara çıxış yolu nəsib etsin.
Allah etdiyimiz duaları qəbul etsin, bizi daim öz razılığına uyğun yaşayan bəndələrindən qərar versin. Qəlblərimizi iman nuru ilə işıqlandırsın, süfrələrimizdən bərəkəti, evlərimizdən səadəti, həyatımızdan mərhəməti əskik etməsin.
Allah Qalib qardaşımızdan və bu xeyir işdə əməyi keçən Hacı Əli Mirqani Hacı Fuad Taqiyev Emin Azaylidan hər kəsdən razı olsun. Ehsanınız mübarək, savabınız bol, dualarınız qəbul olsun. Amin! Ya Rəbbəl-aləmin!
https://www.facebook.com/share/p/195rvLx4eh/























































