Xəbər Lenti
7-09-2026, 22:55
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
6-09-2026, 11:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 21:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 20:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 18:11
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə gələn təbriklərə görə təşəkkür edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında ad günü münasibətilə gələn təbriklərlə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Ad günüm münəsibətilə təbriklərinizə görə sizə təşəkkür edirəm. Səmimi, xoş arzularınıza görə çox sağ olun! Sizin sevginizi, etimadınızı, dəstəyinizi və qayğınızı hiss etdikcə bir daha anlayıram - Ləyaqətli xalqımızın nümayəndəsi
olmaq böyük xoşbəxtlikdir!
Vətənimiz və hər bir Azərbaycan vətəndaşı üçün dua edirəm.
Uca Allah Azərbaycanı bəd nəzərdən, bütün bəla və müharibələrdən qorusun!
Hər kəsə möhkəm cansağlığı və uzun ömür bəxş etsin!
Bütün xəstələrə şəfa versin, onları ağrı-acılardan qurtarsın!
Allah bütün böyükləri, valideynləri qorusun, bütün Atalara və Analara uzun ömür nəsib etsin!
Qoy övladlarımız sağlam və xoşbəxt olsun!
Uca Tanrı Vətənimizin keşiyində dayanan hər bir əsgər və zabitimizi, bütün mərd oğul və qardaşlarımızı qorusun! Bütün şəhidlərimizə rəhmət, onların doğmalarına səbir diləyirəm!
Allah Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, güc və səbir versin! Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!
Uca Allah, səhvlərimizi bağışla, mərhəmətini bizdən əsirgəmə, ölkəmizə sülh və əmin-amanlıq bəxş etl Hər kəsi doğru yola - sevgi və xeyirxahlıq yoluna yönəlt!
Sevgilərlə,
Sizin MEHRİBAN".























































