VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Xameneinin dəfn edildiyi Məşhəddə silahlı insident - Ölənlər və yaralananlar var
İranın Məşhəd şəhərində azı üç silahlı şəxs İmam Rza ziyarətgahının yaxınlığındakı təhlükəsizlik məntəqəsinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, “Kalaşnikov” avtomatları ilə silahlandığı ehtimal edilən hücumçular atəş açaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və “Bəsic” qüvvələrinin üzvlərini hədəf alıblar.
İlkin məlumatlarda hücum nəticəsində iki SEPAH və “Bəsic” üzvünün öldüyü, azı beş nəfərin yaralandığı qeyd olunur. Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.
Xorasan-Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirullah Şamqədri Məşhədin Sərəfrazan bulvarı ərazisində atışma baş verdiyini və iki nəfərin öldüyünü təsdiqləyib.
IRNA agentliyinə açıqlama verən Şamqədri hadisənin səbəblərinin və ölənlərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib
Qeyd edək ki, Sərəfrazan bulvarı Məşhədin qərbində yerləşir və mərhum Ali Lider Əli Xameneinin dəfn edildiyi İmam Rza ziyarətgahından təxminən 17 kilometr uzaqlıqda yerləşir.
Hələlik heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.























































