TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı
NATO-nun Ankarada keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində diqqətçəkən hadisələrdən biri də Çexiyanın təmsilçilik böhranı olub.
“Qafqazinfo” xəbər verir ki, Prezident Petr Pavel və Baş nazir Andrey Babiş arasında yaranan səlahiyyət mübahisəsi səbəbindən ölkə zirvədə iki ayrı lider tərəfindən təmsil olunub.
Çexiya NATO sammitində eyni vaxtda həm prezident, həm də baş nazir səviyyəsində iştirak edən yeganə üzv ölkə kimi diqqət çəkib. İki lider Ankaraya ayrı-ayrı dövlət təyyarələri ilə gəlib və zirvə çərçivəsində keçirilən ənənəvi ailə fotosunda bir-birindən xeyli aralı dayanaraq siyasi gərginliyi nümayiş etdirib.
Mübahisənin əsasında Baş nazir Andrey Babişin NATO Zirvəsində ölkəsini özünün, müdafiə naziri və xarici işlər nazirinin təmsil edəcəyini açıqlaması, Prezident Petr Paveli isə rəsmi nümayəndə heyətinə daxil etməməsi dayanıb.
Prezident Pavel bu qərardan sonra məsələni Çexiyanın Konstitusiya Məhkəməsinə çıxarıb. Məhkəmənin verdiyi müvəqqəti qərar prezidentin Ankaradakı NATO Zirvəsində iştirakına imkan yaradıb.
Keçmiş NATO hərbi rəhbərlərindən biri olan Petr Pavel sammitdə müttəfiq ölkələrin liderləri ilə birbaşa təmasların qurulmasının və müzakirələrdə iştirakın dövlət başçısı kimi konstitusion səlahiyyətlərinə daxil olduğunu bildirib.
Praqada başlayan siyasi qarşıdurma Ankarada da özünü göstərib. İki lider sammitə ayrı-ayrı təyyarələrlə gəlib, rəsmi tədbirlərdə isə məsafəli davranışları ilə diqqət çəkiblər. NATO-nun ənənəvi ailə fotosunda Pavel və Babiş bir-birinin yanında dayanmaqdan yayınaraq podiumun əks tərəflərində yer alıblar.


























































.png)
