Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

07 İyul 2026 12:59Manşet / Dünya

Türkiyədə NATO sammiti başladı

 

Ankarada NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü başlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitə Müdafiə Sənayesi Forumu ilə start verilib.

Tədbirdə çıxış edən NATO-nun Baş katibi Marko Rütte alyans üzrə müttəfiqlərin “Airbus”dan alacağı 12 ədəd A400 təyyarəsi ilə hava gücü potensialını artıracağını bəyan edib.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə 32 dövlət və hökumət başçısı iştirak edəcək.