VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyasını həyata keçirib.
Şirkətin 15 illiyinə həsr olunan aksiya zamanı əməkdaşlar Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsini tullantılardan təmizləyiblər.
Təmizlik aksiyası çərçivəsində çay sahilindən təxminən 300 kq tullantı toplanaraq xüsusi nəqliyyat vasitəsilə Saatlı rayonunun tullantı poliqonuna daşınıb.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif ekoloji layihələr həyata keçirir. Ötən illərdə “Arazın sahilində” təmizlik aksiyası Araz çayının İmişli və Saatlı rayonlarından keçən hissələrində təşkil olunub. Layihənin davamlı olaraq həyata keçirilməsi və gələcəkdə Araz çayının müxtəlif rayonlardan keçən hissələrində də təmizlik aksiyalarının təşkil edilməsi nəzərdə tutulur.
Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsinə, yaşıllıqların bərpası və artırılmasına, eləcə də ətraf mühitin qorunmasına yönəltməkdir. Bununla yanaşı, layihə insanlarda ətraf mühitə qarşı daha həssas və məsuliyyətli münasibətin formalaşdırılmasına, tullantıların azaldılması və düzgün idarə olunmasının təşviqinə xidmət edir.























































