VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlar üçün bir həftəlik fasilə imkanı verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp 4 iyulda qeyd edilən ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatında yerləşən Raşmor dağında çıxışı zamanı bildirib.
“Onlar razılaşma əldə etməyə can atırlar. Onlar var qüvvələri ilə razılaşmaya nail olmaq istəyirlər. Biz onlara dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verdik”, - dövlət başçısı deyib.
Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.























































