Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Lənkəranda Polis Günü qeyd edildi
Lənkəranda Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə əlamətdar gün münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsində davam etdirilib. Çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı, Taleh Qaraşov, Şəhər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cahangirov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıblar və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıblar. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanlanmış təbrik məktubu oxunub.
Sonra çıxış edən veteranlar və ictimaiyyət nümayəndələri əlamətdar gün münasibətilə xoş arzularını çatdırıblar, bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim olunub.




























































