Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 16:17

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 15:10

Pərviz Şahbazova ağır itki

Tapdıq Əlibəyli  - 65
29-06-2026, 12:13

Tapdıq Əlibəyli - 65

01 İyul 2026 13:25Manşet / Gündəm / Sosial

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

 "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə həyata keçirilən "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsi çərçivəsində Abşeron rayonunda fəaliyyət göstərən İqtisadiyyat və Humanitar kollecində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova,"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri,Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsin rəhbəri Zamin Zeynal,
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecin direktoru Hicran Əyyubova,
Psixoloq və şüuraltı elmlər üzrə mütəxəssis Lalə Yazıcı, Wikimedia Azərbaycan İstifdəçi Qrupunun İdarə Heyətinin sədr müavini Aida Aslanova, Qərbi Azərbaycan İcmasının Abşeron nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev, müəllimlər, tələbələr və ictimai fəallar iştirak ediblər.
Çıxışlarda bildirilib ki, rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə uşaq və gənclərin sağlam informasiya mühitində formalaşması, onların rəqəmsal savadlılığının artırılması, internet resurslarından təhlükəsiz istifadəyə dair biliklərinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli və vətənpərvər vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri cəmiyyətin informasiya təhlükəsizliyinin gücləndirilməsinə və sağlam rəqəmsal mühitin formalaşmasına mühüm töhfə verir.

Tədbirdə "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" layihəsin rəhbəri, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında layihənin əsas məqsədinin uşaq və gənclərdə internetdən məsuliyyətli, məqsədyönlü və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, eyni zamanda rəqəmsal məkanda milli və mənəvi dəyərlərin təbliği olduğunu bildirib. O, göstərilən donor dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Layihə rəhbəri çıxışında internet təhlükəsizliyi, kibermədəniyyət, sosial şəbəkələrdə etik davranış qaydaları, dezinformasiyanın yaratdığı risklər, informasiya təhlükəsizliyi və rəqəmsal savadlılığın artırılması istiqamətində maarifləndirici fəaliyyətin vacibliyi xüsusi vurğulayıb. Həmçinin valideyn, müəllim və cəmiyyət əməkdaşlığının uşaqların rəqəmsal mühitdə təhlükəsiz inkişafında mühüm rol oynadığı qeyd edib.
Tədbir interaktiv müzakirələrlə davam edib. Tələbələr mövzu ilə bağlı fəallıq nümayiş etdirərək internet təhlükəsizliyi, sosial şəbəkələrdən düzgün istifadə, rəqəmsal etik davranış və informasiya təhlükəsizliyi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Qonaqlar tərəfindən verilən suallar ətraflı cavablandırılıb, iştirakçılarla fikir mübadiləsi aparılıb və praktiki tövsiyələr təqdim olunub.
Qeyd olunub ki, layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirləri uşaq və gənclərdə rəqəmsal məsuliyyət hissinin gücləndirilməsinə, sağlam informasiya mühitinin formalaşdırılmasına, milli-mənəvi dəyərlərin rəqəmsal məkanda təşviqinə, eləcə də cəmiyyətin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinə xidmət edir.