VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Abşeronda "Süni intellekt, kiber təhlükəsizlik, müasir çağırışlar" mövzusunda tədbir keçirildi+FOTOLAR
“Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyi Abşeron Rayon İcra Hakimiyyəti yanında ictimai Şura ilə birgə "Süni intellekt, kiber təhlükəsizlik, müasir çağırışlar" mövzusunda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecdə informasiya əhəmiyyətli maarifləndirici tədbir keçirib.
Tədbirdə Millət vəkilli Rizvan Nəbiyev, Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyəti başçısın müavini Gülnar Rəhimova, "Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyinin sədri, Abşeron İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Zamin Zeynal, Abşeron İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Hümanitar Kollecin direktoru Hicran Əyyubova, Şair-publisist, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat" qəzetinin şöbə redaktoru, Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni, Azərbaycan Milli Elmlər Akademiyasının baş mütəxəssisi, Azərbaycandilli Vikipediyanın patrulu, ölkə təmsilçisi Aida Aslanova və digər ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər.
Tədbirdə çıxış edənlər "Süni intellekt, kiber təhlükəsizlik, müasir çağırışlar" mövzusunda belə bir informasiya əhəmiyyətli tədbirin keçirilməsinin önəmindən danışıblar.
Qeyd ediblər ki, gənclərin informasiya savadlılığını artırmaq, müasir dövrümüzdə süni intellekt və kiber təhlükəsizliklə bağlı məsələlərin ictimai-siyasi baxımdan aktuallığını nəzərə alsaq informasiya cəmiyyətinin bu yöndə aktiv fazada fəaliyətinin olması olduqca vacibdir.
Tədbirdə "Müasir İnternet Resurslarının İnkişafi" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, "Süni intellekt, kiber təhlükəsizlik, müasir çağırışlar" mövzusunda tədbiri keçirməkdə əsas məqsəd dünyada gedən informasiya müharibəsi fonunda ölkəmizdə informasiya təhlüksizliyinin vacibliyini nəzərə alaraq gəncləri rəqəmsal mühitdə süni intellekt və kiber təhlükəsizliklə yönümündə maarifləndirmək, şəxsi məlumatların qorunması ilə bağlı biliklərini daha da artırmaq, onların kibertəhlükələrə qarşı diqqətli olmaları üçün qabaqlayıcı informasiya maarifləndirilməsi yönümündə görüşlər keçirməkdir.
MİRİİB sədri deyib ki, Müasir dövrümüzdə süni intellekt texnologiyalarının sürətli inkişafı, müxtəlif sahələrdə olduğu kimi, kiber təhlükəsizlik sahəsində də yeni imkanlar yaratmışdır. Süni intellektin kiber təhlükəsizlik sahəsində istifadəsi, şəbəkə hücumları, zərərli proqramlar və digər kiber təhlükəsizlik təhdidlərinə qarşı proflaktiki mübarizə aparmaq üçün ən uğurlu vasitələrindən biridir.
Zamin Zeynal onu da xüsusi olaraq qeyd edib ki, gənclərlə birlikdə belə maarifləndirici görüşüləri keçirməkdə məqsəd dövlətin informasiya siyasətinə vətəndaş cəmiyyəti töhfəsi verməkdir. Bununla yanaşı gənclərin informasiya savadlılığını artırmaq, müasir informasiya texnalogiyalardan düzgün istifadə etmələri istiqamətində bu sayaq informasiya təşəbbüslərini gələcəkdə də davam etdirəcəklər.












millixeber.az























































