VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
Bu gün qəbuluma boşanmış bir ata gəldi.
Söhbət alimentdən, görüş günlərindən və məhkəmə qərarlarından başladı.
Hər iki tərəfin öz arqumenti vardı. Hər iki tərəf özünü haqlı hesab edirdi.
Mübahisənin mərkəzində isə bir uşaq dayanırdı.
Bir müddət sonra uşaqla da söhbət etmək imkanım oldu.
Ona sadə bir sual verdim:
— Sən nə istəyirsən?
Bir neçə saniyə düşündü.
Sonra heç tərəddüd etmədən dedi:
— İstəyirəm ad günümü anamla atam birlikdə qeyd etsinlər.
Bu cavabdan sonra otaqda qısa bir sükut yarandı.
Çünki bəzən uşaqlar bir cümlə ilə böyüklərin uzun-uzadı mübahisələrindən daha çox həqiqət danışırlar.
Uşaq alimentin məbləğini bilmir.
Məhkəmə qərarının məzmunu ilə maraqlanmır.
Kimin haqlı, kimin haqsız olduğunu da düşünmür.
Onun arzusu daha sadədir.
Anası və atası ilə birlikdə xoşbəxt bir gün keçirmək.
Ailə mübahisələri zamanı tərəflər çox vaxt öz haqlarını müdafiə etməyə çalışırlar.
Amma bəzən unudurlar ki, həmin mübahisənin səssiz şahidi olan bir uşaq da var.
Məhkəmə qərar çıxara bilər.
Aliment müəyyən edə bilər.
Görüş qrafiki təyin edə bilər.
Lakin uşaqların valideynləri ilə bağlı arzularını heç bir qərar əvəz edə bilmir.
Bəzən bir uşağın ən böyük arzusu, böyüklərin ən çətin qərarından daha sadə olur.
Hüquqşünas Zaur Quliyevin gündəliyindən seçmələr.























































