Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Qalib gəldi ədalət!
“Sonsuz intellektin təzahürləri” kitabından bir epizod.
Kitabın məsləhətçisi: Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev.
Kişinin şərəfi KƏLMƏDƏN başqa deyil. Allahın şərəfi KƏLMƏDƏN başqa deyil. Cənnətin açarları KƏLMƏDƏDİR, oda daxil olmaq (cihada, müharibəyə) KƏLMƏYƏ görədir. Allahın hökmü KƏLMƏDİR. "Kaş sən KƏLMƏNİN hökmünü tanıyaydın". KƏLMƏ nurdu. Bəzi KƏLMƏLƏR isə qəbirlərdir. Bəzi KƏLMƏLƏR uca qalalardı. Ki, bəşərin əsilzadəliyi ona pənah aparıb. İnsan KƏLMƏDƏN başqa bir şey deyil. Dünyanı KƏLMƏ ilə işıqlandırdı. KƏLMƏ hüriyyət qalasıdır. KƏLMƏ məsuliyyətdir. Kişi elə KƏLMƏDİR. Kişinin şərəfi KƏLMƏDİR. Allahın şərəfi KƏLMƏDİR. KƏLMƏNİ tanımıyan isə deyiləcək bir sözüm yoxdur.
(Hz. İmam Hüseyn).
30 ilə yaxın gözlədik. Səbrlə, təmkinlə, ləyaqətlə, alnıaçıq, üzüağ dünya qarşısında sübut etdik ki, Azərbaycan haqq savaşının savaşçısıdır. Azərbaycanın dünya şöhrətli lideri var. Kəlməsi və iradəsi ilə dünyaya ləyaqət nümayiş etdirdi. KƏLMƏ onun silahı idi. Dediyi sözlərin hər biri aforizmə çevrildi. Çünki o, şərəfli bir insanın ocağından su içmişdir. KƏLMƏSİ ilə bütün dünyaya Azərbaycanın haqq səsini çatdırırdı. O, həmin kişinin oğlu idi. O, atasından öyrəndi. Vətəni şərəfi, ləyaqəti, dəyanəti ilə sevərlər. O atasından öyrəndi. KƏLMƏ qılıncdan itidi, kəsərlidi. Çünki o böyük insan Azərbaycan kəlməsini eşidən kimi uşağa dönərdi, kövrələrdi, ağlayardı.
"El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən.
Anam doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!"
Tarixi bir yanaşma idi. Bu KƏLMƏLƏRİN doğmalığı onu ağlatmışdı. Azərbaycanın müstəqilliyinin banisi Heydər Əliyev. Onun vətəninə olan sevgisinin izharını çox məqamlarla xatırlamaq olar. Heydər Əliyev Vətənsevər idi. Məhz bu sevgi qanla oğlu İlham Əliyevə ötürülmüşdü. Hərbin öz qanunları var. Soyuqqanlılıq, azğın düşmənə göstərdiyi qəddarlığı qarşılığında cavab qəddarlıq. Bir də sözün qüdrəti. Şəhidliyin ən böyük nümunəsi imam Hüseynin təəbirincə KƏLMƏNİN qüdrəti insanın idrakının gücünə bağlıdır. Bu böyük fəlsəfədir. Tarix bunu bizə göstərdi. Diplomatiyasının və idrakının gücünə sığınaraq dünyanı Azərbaycana gətirən, dünyanın dilində danışan Ali Baş Komandan. Məhz 44 günlük müharibə bu diplomatiyanın gücü şanlı ordunun qüdrəti və nəhayət şəhidlərin qanı, qazilərin yarımcanı ilə zəfər zəngini çaldı. Biz qalib gəldik. Çox saq ol, Ali Baş Komandan! Məğlub ölkə damğasını və utancını üstümüzdən götürdün. Çox saq olun, əziz qəhrəman qardaşlarımız! Cəsurluğunuz sayəsində qalib ölkəyik. Zəfər tarixinin qəhrəmanları, bayramınız mübarək! Şəhid qardaşlarımız, hər an xatirimizdəsiniz, siz bizə qalib xalq olduğumuzu sübut etdiniz!
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü
“Qızıl qələm” mükafatçısı























































