Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında
Naxçıvan Dövlət Universiteti dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən açıqlanan THE Impact Rankings 2026 nəticələrinə əsasən, universitetlər arasında dünyanın ən yaxşı 801–1000 universiteti sıralamasında yer alıb.
“Qafqazinfo” xəbər verir ki, universitet Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə fəaliyyətlərinin qiymətləndirildiyi reytinqdə aşağıdakı nəticələri əldə edib:
-SDG 3 – Sağlamlıq və rifah: 801–1000
-SDG 4 – Keyfiyyətli təhsil: 401–600
-SDG 7 – Əlçatan və təmiz enerji: 401–600
-SDG 8 – Layiqli əmək və iqtisadi artım: 801–1000
-SDG 9 – Sənaye, innovasiya və infrastruktur: 601–800
-SDG 10 – Bərabərsizliyin azaldılması: 301–400
-SDG 11 – Dayanıqlı şəhərlər və icmalar: 601–800
-SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq: 601–800
Universitet ümumi qiymətləndirmədə 55.4 bal toplayaraq qlobal miqyasda ən yaxşı universitetlər arasında mövqeyini möhkəmləndirib. Bu nəticə universitetin təhsil, tədqiqat, innovasiya, sosial məsuliyyət və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.























































