Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

21 İyul 2025 09:54Manşet / Cəmiyyət

Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib

 

Azərbaycan Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib.

“Qafqazinfo” xəbər verir ki, reytinqə ilk dəfə müraciət edən Azərbaycan Universitetinin bu nəticəni əldə etməsi son illər ərzində aparılan islahatların, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbə mərkəzli yanaşmanın göstəricisidir.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem ali təhsil müəssisələrinin müxtəlif meyarlar –  keyfiyyətli tədris, tədqiqat, tələbə dəstəyi, idarəetmə, beynəlxalq əməkdaşlıq, bərabərlik və inklüzivlik, infrastruktur, əmək bazarına çıxış imkanları və s. üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bu sistem universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq arenada rəqabətqabiliyyətliliyini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.