VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir
Bakı, 22 iyun, AZƏRTAC
Pensiya və sosial ödəniş alan vətəndaşların xüsusi endirim barkodundan daha rahat yararlanmaları məqsədilə DOST mərkəzlərində onlara dəstək göstərilir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik çəkməsini nəzərə alaraq, DOST könüllüləri pensiya və sosial ödəniş alan şəxslərə tətbiqin quraşdırılması, qeydiyyatın tamamlanması və endirim barkodunun aktivləşdirilməsi prosesində kömək edirlər.
Qeyd edək ki, “mygov” tətbiqində təqdim olunan xüsusi endirim barkodu vasitəsilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, qazilər, müharibə veteranları və şəhid ailə üzvləri ölkə üzrə müxtəlif tərəfdaş marketlər, apteklər və klinikalarda endirimlərdən yararlana bilirlər.
Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların bu imkandan daha geniş şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Məhz bu səbəbdən DOST mərkəzlərində göstərilən dəstək xidmətləri vətəndaşların endirim barkodunu əldə etməsinə və ondan istifadəyə yönəlib.
Sosial ödəniş alan vətəndaşlar onlara ən yaxın DOST mərkəzinə müraciət edərək “mygov” tətbiqində qeydiyyatdan keçə, endirim barkodunu aktivləşdirə və tərəfdaş müəssisələrdə təqdim olunan güzəştlərdən faydalana bilərlər. Qeydiyyat üçün vətəndaşın mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir.
Ətraflı məlumat üçün 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.























































