Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Azərbaycan Respublikası və Türkmənistan Respublikası arasında ikitərəfli münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Qardaş Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan səfəri Mərkəzi Asiya ölkələri, eləcə də Türk dövlətləri ilə münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı ölkələrimiz arasında strateji tərəfdaşlığın və regional güc mərkəzinə doğru dinamikliyin göstəricisidir. Azərbaycan ilə Türkmənistan arasında getdikcə artan qardaşlıq əlaqələri, həmçinin güclü liderlərin siyasi iradəsi, Trans-Xəzər nəqliyyat və enerji layihələrinin əhəmiyyəti baxımından nümunəvi inkişaf modelini törənmiş edir. Bu səmimi dostluq münasibətləri sayəsində Qarabağda aparılan abadlıq işlərinə Türkmənistanın dəstəyi hər iki ölkənin vətəndaşları və dünya ictimaiyyətinin nümayəndələri şahidlik edir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Türkmənistana təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin iyulunda Qurbanqulu Berdiməhəmmədov ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürmüşdü və artıq başlanılıb. Bu, Türkmənistanın, onun Ümumilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı siyasi fəaliyyətin və coğrafi şəraitin əlverişli olması baxımından, cənab Prezident diqqətə çatdırdı ki, “Ölkələrimiz arasında nəqliyyat logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Hətta bu, təkcə bizim və qonşularımız üçün deyil, həm də geniş coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.
Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri iki ölkə arasında imzalanmış sənədlər bir daha əlaqələrimizin daha da möhkəmlənməsini təsdiq edir.
YAP Səbail rayon təşkilatının sədri: Muxtar Nağıyev























































