Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
“Peşə təhsili ilə istehsalatın uğurlu vəhdəti: Şirvan Dövlət Peşə Liseyinin şagirdləri üçün növbəti istehsalat təcrübəsi uğurla başa çatdı”
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
“Karyeramı Aminə görə yox, hörmətsizliklərə görə bitirdim”
Azərbaycan qadın futbolunun tanınmış simalarından olan Aysun Seydiyeva futbolçu karyerasını başa vurmasının əsl səbəblərini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə sosial şəbəkə hesabında paylaşım edən qadınlardan ibarət milli yığmanın sabiq kapitanı bildirib ki, bununla bağlı indiyə qədər heç vaxt yazmayıb, danışmayıb, sadəcə uzaqlaşmağı seçib.
Hazırda “Zirə”nin müdafiəçisi Amin Seydiyevlə evli olan A.Seydiyeva qeyd edib ki, karyerasını həyat yoldaşı ilə bağlı deyil, milli komandada qarşılaşdığı hörmətsizliklər, yaşadığı hadisələr və komandadakı mühit səbəbindən başa vurub:
“Yoldaşım Amin mənə hər zaman dəstək olub. Qadın futbolunda mənim gördüyüm qədər heç də hər bir həyat yoldaşı öz xanımına bu dəstəyi göstərməyib. Ona görə də mənim haqqımda nə istəyirsiniz danışın, amma Aminin adını bu məsələlərə qatanda 100 dəfə düşünməli idiniz.
Mən burada heç bir komanda yoldaşımı alçaltmıram və ya kimisə hədəf göstərmirəm. Amma elə həqiqətlər var ki, onları danışsam, heç də xoş mənzərə ortaya çıxmaz. Susmağım kiminsə haqlı olması demək deyil. Sadəcə bəzi şeyləri özümə yaraşdırmadığım üçün danışmıram. Ona görə də adımı çəkəndə ya mənim niyə getdiyimi olduğu kimi danışın, ya da ümumiyyətlə susun. Çünki həqiqəti məndən yaxşı heç kim bilmir.
Bu sözlərim qadın futbolunda A milli komandasında çalışan bəzi staff üzvlərinə və bəzi oyunçulara aiddir. Kənardan hər şey gözəl görünə bilər, amma o mühitin içində olanlar nələrin yaşandığını çox yaxşı bilir.
Federasiyanın bu həqiqətlərdən xəbərdar olub-olmadığını bilmirəm. Amma bir insanın karyerasını bitirəcək həddə gətirilməsi təsadüfi deyil. Mən futbolu öz istəyimlə yox, mənə edilən hörmətsizliklərə görə bitirmişəm”.
Sabiq milli üzvü əlavə edib ki, bundan sonra onun adından fərqli hekayələrin danışılmasını istəmir, bu açıqlamanın mövzu ilə bağlı ilk və son bəyanatı olduğunu vurğulayıb.
























































