Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
İsmayıllıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrliyində Uştal kənd ərazisindən keçən yolda İ.Mahmudovun idarə etdiyi “Ford” və E.Nağıyevin sürdüyü “VAZ 2106” markalı avtomobillər toqquşub.
Nəticədə, “VAZ 2106”da olan sərnişin Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb, sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər - Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı İsmayıllı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.























































